Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinə 180,139 nömrəli tam orta məktəblərin müəllim və şagirdlərinin ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin güclü iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük tərəqqiyə nail olunmasından danışılıb.

O cümlədən Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqını öz təbii sərvətlərinin tam sahibinə çevirməsindən, ana dilinə dövlət qayğısından, Azərbaycanın parlaq gələcəyi üçün atdığı düşünülmüş və cəsarətli addımlarından bəhs olunub.