Ağdam rayon Qaradağlı kənd Mədəniyyət evi və kənd kitabxanasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Ana təbiəti qoruyaq!” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra iştirakçılara ekoloji problemlər və onların həlli yolları, Azərbaycan Respublikasında ətraf mühitin qorunması istiqamətində atılan addımlar haqqında məlumat verilib.

***

Ağsu rayon Mədəniyyət Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində rayon Ərəbuşağı kənd klubu və kitabxana filialının həyətyanı sahəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada 20-dən artıq müxtəlif növ meyvə ağacları əkilib.

 

Nurəddin