Gədəbəy rayon Heydər Əliyev Mərkəzində "Biz Heydər Əliyev irsini öyrənirik" kursunu bitirmiş gənclərlə görüş təşkil olunub.

Çıxışlar zamanı Ulu öndər irsinin öyrənilməsi ilə bağlı gənclərə müvafiq tövsiyələr verilərək Heydər Əliyevin Azərbaycan gəncliyinə, təhsilimizin inkişafına diqqət və qayğısından söhbət açılıb.

Sonra kursu bitirən gənclər fəxri fərman və diplomlarla təltif olunublar.

Sonda mərkəzin əməkdaşı Günel Məmmədova gənclərə Ulu öndərin ömür yolunu və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verib.

***

Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 saylı Uşaq musiqi məktəbində görkəmli bəstəkar, pedaqoq, dirijor, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun (1919-1974) anadan olmasının 105 illiyi ilə əlaqədar məktəbin müəllimi Gülnar Rəhimovanın metodiki işinin təqdimatı keçirilib.

S.Hacıbəyovun həyat və yaradıcılığı haqqında məlumat, onun əsərlərinin təhlili və məşhur mahnılarının ifaları təqdim olunub.

***

Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin "Gənc cazmenlər" layihəsi üzrə növbəti konserti Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilib.

Konsert proqramında məşhur cazmen və bəstəkar, Azərbaycanda caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin, eyni zamanda dünya klassiklərinin əsərlərindən ibarət kompozisiyalar təqdim edilib.

Təqdim edilən musiqilər dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Hazırladı: N.Məmmədli