Şəki Dövlət Dram Teatrında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin (1934-2015) 90 illik yubileyinə həsr olunmuş “Hər mahnıda həyat var” adlı konsert proqramı təşkil edilib.

Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən konsertdə bəstəkarın “Bir könül sındırmışam”, “Dalğalar”, “Sənsən”, “Səni tapdı”, “Səadət”, “Qızıl gülüm”, “Bir xumar baxışla”, “Yandım, elə yandım” və digər mahnıları səsləndirilib.

Tamaşaçıların böyük marağına səbəb olan konsert proqramı alqışlarla qarşılanıb.