Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində “BakuOperArt” layihəsi çərçivəsində görkəmli rus şairi A.S.Puşkinin (1799–1837) anadan olmasının 225 illik yubileyi münasibətilə “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək.

Səkkiz ildir reallaşan layihə çərçivəsində ilk dəfə iki ölkənin – Azərbaycan və Rusiyanın incəsənət ustaları birgə çıxış edəcəklər. Rusiyalı vokal ifaçısı, beynəlxalq müsabiqələr laureatı Aleksandr Suxanov (bariton), Azərbaycanın Əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərovun (kontratenor) ifaları təqdim olunacaq.

2016-cı ildən musiqisevərlərin zövqünü oxşayan “BakuOperArt” layihəsi opera və kamera – vokal musiqisinin təbliğinə öz töhfəsini verir. Layihənin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi pianoçu Yuliya Kərimovadır.

Lalə