Aprelin 25-dən 30-dək Özbəkistanın Xivə şəhərində II “Lazgi” Beynəlxalq Festivalı keçiriləcək.

“Lazgi” rəqs festivalı ilk dəfə 2022-ci ildə 10 ölkədən rəqs sənəti ustalarının iştirakı ilə təşkil edilib. Bu il festivalda Azərbaycan, Fransa, Tacikistan, Türkmənistan, Qazaxıstan, Belarus, Rusiya, Türkiyə, Qırğızıstan, Serbiya, Braziliya, Pakistan, Cənubi Koreya, İndoneziya, Misir və İrandan iştirakçılar gözlənilir.

Festivalın qaydalarına görə, iştirakçılar öz xalq rəqslərini, həmçinin “Lazgi”nin bir nümunəsini ifa etməlidir. Festival çərçivəsində elmi-praktik konfrans da olacaq.

Tədbirlə bağlı mətbuat konfransında Özbəkistan mədəniyyət nazirinin müavini Murojon Macidov vurğulayıb ki, “Lazgi” festivalı UNESCO-nun himayəsi altında keçirilir və “Lazgi” rəqsinin qorunması və tanıdılması, ölkəyə turist axınının artırılması, Xarəzmin turizm potensialının nümayişi məqsədi daşıyır.

Gülcahan