Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi ölkə ərazisində TikTok sosial şəbəkəsinə girişin məhdudlaşdırılması barədə qərar qəbul edib. Bu barədə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, belə bir qərarın qəbul edilməsinə sosial şəbəkənin “Qırğızıstan Respublikasında uşaqların sağlamlığına, onların fiziki, intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərərin qarşısının alınması üzrə tədbirlər haqqında” qanuna əməl etməməsi səbəb olub.

2023-cü ilin avqustunda Qırğızıstan Mədəniyyət Nazirliyi TikTok sosial şəbəkəsini bloklamaq barədə qərar qəbul etmiş, qərarın qanun çərçivəsində həyata keçirilməsi üçün Rəqəmsal İnkişaf Nazirliyinə müvafiq müraciət göndərilmişdi.

Qeyd edək ki, qonşu Qazaxıstanda da sözügedən resursun bloklanması ilə bağlı müzakirələr gedir.