Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Əməkdar artist Yuri Omelçenko 20 aprel 2024-cü il tarixində, 48 yaşında vəfat edib.

Yuri Vladimiroviç Omelçenko 7 mart 1976-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Bakı Bələdiyyə və Gənc Tamaşaçılar teatrlarında fəaliyyət göstərib.

1997-ci ildən taleyini Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına bağlayan aktyor burada müxtəlif tamaşalarda xarakterik obrazlar yaradıb. N.Qoqolun “Evlənmə” (Yaiçnitsa), C.Ostinin “Qürur və qərəz” (Vilyam Lukas), A.Çexovun “Albalı bağı” (Semyon Yepixodov), N.Ostrovskinin “Qurdlar və qoyunlar” (Apollon Murzaveski), Elçinin “Artistin taleyi” (Qubernator) və digər səhnə əsərlərində oynadığı rollar maraqla qarşılanıb.

Yaradıcılığı yüksək qiymətləndirilən aktyor 2021-ci ildə respublikanın “Əməkdar artist”i fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.