Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan T.Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbinin M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti konserti keçirilib.

Konsertdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə məktəbin aşağı sinif şagirdlərindən ibarət xor kollektivi, fortepiano, violin, tar, qanun, klarnet, vokal ixtisasları üzrə təhsil alan şagirdləri çıxış ediblər.

Şagirdlərin ifaları alqışlarla qarşılanıb.