Tanınmış müğənni, Əməkdar artist Cavanşir Məmmədov 20 aprel 2024-cü il tarixində, 70 yaşında vəfat edib.

Müğənni 15 mart 1954-cü ildə Bakı şəhərində dəf ifaçısı, Əməkdar artist İrşad Məmmədovun ailəsində anadan olub. Gənclik illərindən musiqi sahəsinə bağlanıb. 1973–1983-cü illərdə qarmon alətində ifa edib. Daha sonra müğənni kimi fəaliyyət göstərib. Musiqiçinin repertuarında xalq və bəstəkar mahnıları geniş yer alıb.

Cavanşir Məmmədov dövlət başçısının müvafiq sərəncamı ilə 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.