Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası şair, yazıçı-publisist Şövkət Zərin Horovlunun yaradıcılıq gecəsini keçirib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mədəniyyət, elm və təhsil işçiləri, ziyalılar, yazarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlar öncə mərkəzin Muzey bölməsini ziyarət ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxış edənlər yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Daha sonra yazıçıya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdləri, həmçinin kitabxananın əməkdaşı Şövkət Horovlunun şeirlərini söyləyiblər.

Sonda Şövkət Horovlu iştirakçıların suallarını cavablandırıb, kitablarını kitabxanaya hədiyyə edib.