Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi, Zirə qəsəbə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Asılılığın fəsadları” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Polis Akademiyasının əməkdaşları, Zirə Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi, “Step” reabilitasiya mərkəzinin əməkdaşı, psixoloq, 120, 241, 324 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.

Çıxış edənlər asılılıq yaradan vərdişlərin istənilən növündən necə mühafizə olunmağın yollarından danışıblar. Bu barədə məktəblilərə tövsiyələr verilib. Daha sonra tədbir sual-cavab formasında davam edib. Məktəblilərin sualları cavablandırılıb.