Beynəlxalq Muğam Mərkəzində "Qaya” Dövlət Ansamblının "Caz fantaziyaları" adlı solo konserti keçirilib.

Bakı Musiqi Akademiyası, ADA Universitetinin təşəbbüs və layihəsi, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə aprelin 28-də gerçəkləşən konsert Beynəlxalq Caz Gününün (30 aprel) silsilə tədbirlərindən olub.

Konsertdən öncə çıxış edən ansamblın direktoru musiqişünas Turan Məmmədəliyeva “Qaya”nın tarixindən, repertuarından və yeniliklərdən danışıb.

Konsertin ilk hissəsində "Qaya" Dövlət Ansamblı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının mövzuları əsasında işlənilmiş fantaziyanı ifa edib. İkinci hissədə isə caz musiqisinin məşhur vokal və instrumental standart mövzuları səsləndirilib. Eyni zamanda ansamblın repertuarındakı yeni caz kompozisiyaları təqdim edilib.