Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib.

İlk olaraq dahi şairin həyat və yaradıcılığına qısa səyahət edilib və zəngin bədii irsi haqqında məlumat verilib.

Tədbirin bədii hissəsində məktəblilər şairin qəzəllərini qiraət edib, 24 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri isə musiqi nömrələri səsləndiriblər. Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” alleqorik əsəri, eləcə də “Leyli və Məcnun” poeması əsasında əsərindən səhnəciklər nümayiş olunub.

Sonda kitabxana əməkdaşlarının hazırladığı videoçarx nümayiş etdirilib.