Abşeron-Xızı RMİ tərəfindən Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçirilib.

“Kimyaçı” Mədəniyyət Sarayında təşkil olunan tədbirdə Abşeron-Xızı RMİ və şəhər İcra Hakimiyyətinin əməkdaşları, mədəniyyət işçiləri və sakinləri iştirak ediblər.

Əvvəlcə şəhərin tarixini, bu gününü əks etdirən əl işlərindən ibarət sərgiyə baxış olub.

Çıxış edənlər şəhərin dinamik inkişaf yolu keçdiyini, Ümummilli lider Heydər Əliyevin Sumqayıta hər zaman yüksək diqqət və qayğı göstərdiyini qeyd ediblər.

Tədbirin bədii hissəsində uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri müxtəlif musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

N.Məmmədli