Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Xalq artisti, "Şöhrət" ordenli, görkəmli teatr və kino aktrisası Afaq Bəşirqızı ilə görüş keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşdə bildirilib ki, Afaq Bəşirqızı Azərbaycan komediya səhnəsinin ən parlaq ulduzlarından biridir. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı, bir sıra kino və televiziya tamaşalarında da çəkilib.

Görkəmli sənətkar çıxışında rol aldığı tamaşalardan, yaratdığı obrazlardan danışıb və iştirakçıların suallarını cavablandırıb.