Belarusun “Nesvij” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktoru Dimitri Yaşenko və həmin muzeyin əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, qonaqlar muzeylə yaxından tanış olublar. Muzeyin yeni qurulan ekspozisiyasında nümayiş etdirilən unikal eksponatlar onların diqqətini xüsusilə cəlb edib.

Xatırladaq ki, nadir eksponatlar ilə zənginləşdirilmiş ekspozisiya birinci və ikinci mərtəbələri əhatə etməklə ümumilikdə 26 zaldan (1684 kvadratmetr), (Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin ekspozisiyası istisna olmaqla) ibarətdir. Birinci mərtəbədə tarixin ən qədim çağlarından XIX əsrin əvvəllərinə qədər olan, ikinci mərtəbədə isə XIX əsrin ikinci yarısından indiyədək olan dövrlər nümayiş edilir.