Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Ruhulla Axundov adına Mədəniyyət evində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvanın görkəmli şəxsiyyətləri xatırlanıb, qədim diyarın kulinariya nümunələri təqdim olunub.

Bədii hissədə “Sazçalanlar” ansamblı, 4 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri, “Leyla” rəqs ansamblı çıxış edib. İfa olunan musiqi və rəqs nömrələri, səsləndirilən şeirlər alqışlarla qarşılanıb.

Sonda Mədəniyyət evi tərəfindən fəal iştirakçılar fəxri fərmanlarla təltif olunublar.