Mədəniyyət naziri Adil Kərimli mayın 6-da Qubada vətəndaşların qəbulundan sonra rayonun bir sıra kəndlərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinə baş çəkib.

Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin Qəçrəş kənd Diyarşünaslıq klubu, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qəçrəş kənd kitabxana filialı, Qımılqazma kənd klubu və kənd kitabxana filialının fəaliyyəti ilə tanışlıq olub.

Müəssisələrin mövcud vəziyyəti və funksionallığı yerində yoxlanılıb, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.