Bülbülün Memorial Muzeyinin “Bülbülün qonaqları” layihəsi çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Qara Qarayev yad edilib.

Tədbirdə çıxış edən muzeyin direktoru Fərqanə Cabbarova böyük vokalçı Bülbül ilə Qara Qarayevin sıx dostluq əlaqələrindən söhbət açıb. O, Bülbülün xatirələrində qeyd olunan bəstəkarla bağlı fikirləri bölüşüb.

Sonra musiqi nömrələri səsləndirilib. Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri və Bakı Musiqi Akademiyasının tələbələri tərəfindən “Yeddi gözəl” baletindən Adajio, “Don Kixot” qravürlərindən səyahət, “Eskiz” və prelüdlər ifa olunub.

Tədbirdə həmçinin “Yeddi gözəl” baletindən videofraqmentlər nümayiş etdirilib.

Qeyd edək ki, “Bülbülün qonaqları” layihəsində bundan əvvəl bəstəkar, Xalq artisti Süleyman Ələsgərov və yazıçı Məmməd Səid Ordubadi yad olunmuşdu.