Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Fikrət Əmirov adına Nəfəs və zərb alətləri ifaçılarının I Beynəlxalq müsabiqəsində uğurla çıxış ediblər.

Elm və Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə məktəbin 5-ci sinif şagirdi Nərminə Salmanova I yerə, 3-cü sinif şagirdi Şövkət Nurəli isə II yerə layiq görülüblər.

Qeyd edək ki, hər iki şagird Əməkdar artist Nicat Salmanovun sinfində təhsil alır.