Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunan abonement konsertləri davam edir.
Aprel ayının konsertləri filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında gerçəkləşib.
Aprelin 6-da Azərbaycan Dövlət Fortepiano Triosunun konserti keçirilib. Əməkdar artist Elnarə Kəbirlinskaya (piano) və Azərbaycan Dövlət Fortepiano triosunun ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Aprelin 20-də gənc istedadların iştirakı ilə gerçəkləşən konsertdə solistlər –respublika və beynəlxalq müsabiqələr laureatları Nuray Həsənli, Xədicə Mirzəliyeva, Məryəm Rəhimli, Nuray Quliyeva, Kamran Rəhimli, Fatimə Məmmədzadə, Teymur Rəhimli, Leyla İbrahimova, Özləm Məmmədova və başqaları Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.
Aprelin 27-də isə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı dinləyicilərin qarşısına çıxışıb. Konsertdə Azərbaycan xalq mahnı və rəqsləri ifa olunub.
Xatırladaq ki, konsertlərdə iştirak etmək istəyənlər biletləri paytaxtdakı kassalardan və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.