Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı rusiyalı dramaturq Vladimir Ovsyannikovun “Qarşıdakı gecə” pyesi əsasında “Yekaterinanın yataq otağında” tamaşasının premyerasını təqdim edib.

Premyeranın tarixi təsadüfi seçilməyib: 18 may – Beynəlxalq Muzeylər Günü. Melodrama janrında tamaşadakı hadisələr də əyalət muzeyinə çevrilən saraydakı kraliçanın yataq otağında cərəyan edir.

Emin Mirabdullayevin quruluş verdiyi tamaşada əsas rolları Xalq artisti Lyudmila Duxovnaya, artistlər Yeganə Hüseynli və Yaroslav Trifonov oynayırlar. Tamaşada Elşad Murtuzayev, İlkin Mehdiyev, Ruslan Pavlov, Cöhər Abdullayev və Rəşad Əliyev də iştirak edirlər.

Əməkdar mədəniyyət işçiləri Aleksandr Fyodorov səhnə tərtibatçısı, Olqa Abbasova  kostyumlar üzrə rəssam, Vladimir Neverov isə musiqi tərtibatçısıdır.