Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin fortepiano sinfi mayın 15-də Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib. Konsert böyük bəstəkar Qara Qarayevin yaradıcılığına həsr olunub.

Kollecin “Vio Cello” kamera orkestrinin müşayəti ilə (bədii rəhbər Könül Bəkirova) tələbələrin çıxışları Qara Qarayev dühasının təntənəsini bir daha nümayiş etdirib. Orkestrə Əməkdar müəllim Firəngiz Xəlilova dirijorluq edib.

İfalar zamanı monitorda videoçarx şəklində dahi bəstəkarın həyat və yaradıcılığı, əsərlərinin təqdim olunduğu arxiv videomaterialları tamaşaçılara dolğun təəssürat bəxş edib.

Qeyd edək ki, konsert layihəsinin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbinə Mehdiyeva və fortepiano fənn birləşmə komissiyasının sədri Təranə Əliyevadır.

Lalə