Mayın 31-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dünya opera səhnəsinin ulduzu italyan tenor Fabio Andreotti iştirakı ilə yay konsert mövsümünün təntənəli açılışı olacaq. Konsertdə italyan vokalçını Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.

Filarmoniyadan bildirilib ki, proqramda məşhur ariyalar və cazibədar Neapolitan mahnıları yer alır.

İlk dəfə yay səhnəsi saysız-hesabsız ətirli qızılgüllərlə bəzədiləcək ki, bu da tamaşaçıların hər konsertdən təəssüratlarını maksimum dərəcədə artıracaq və musiqi gecələrinə romantika, əyləncə və həssas bir atmosfer bəxş edəcəkdir.

Payıza qədər Filarmoniyanın yay konsert mövsümü məşhur sənətçilərin və yüksələn istedadların ifaları ilə musiqisevərləri sevindirəcəkdir.

Biletlərin sayı məhduddur.