Füzuli Dövlət Dram Teatrında bu həftə ərzində iki tamaşanın premyerası var.

Bunlardan biri 23 may tarixində tamaşaçılarla görüşən “Qarınqulu ayı balası”dır. Vüqar Haqverdiyevin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

24 mayda yuxarı yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulan “Adsız” adlı səhnə işinin premyerası olacaq. Yazıçı-dramaturq Firuz Mustafanın əsərinə teatrın baş rejissoru Əməkdar artist Asif Şirinov quruluş verib.

Psixoloji-dram janrında tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.