Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərəcək kitab mağazası yaradılıb. "Bayatı kitab" adlı mağazanın martın 10-da rəsmi açılışı və təqdimatı keçiriləcək. Bu barədə AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu məlumat verərək bildirib ki, mağazada əsasən AYB-nin üzvü olan şair və yazıçıların kitabları satışa çıxarılacaq. Mağaza Azərbaycan Yazıçılar Birliyinin binasının daxilində fəaliyyət göstərəcək.