Bu günlərdə Bakıda turizm mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan-Latviya biznes forumu çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) və Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
   Dəyirmi masada Azərbaycan və Latviya tərəfdən dövlət qurumlarının nümayəndələri ilə yanaşı, bir sıra turizm şirkətlərinin nümayəndələri də iştirak ediblər. Tədbirdə hər iki ölkənin investisiya mühiti və biznes imkanları, turizm potensialı barədə məlumat verilib, bu sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib.
   Latviya Turizm Korporasiyasının rəhbəri Yurqis Abele Azərbaycanla-Latviya arasında turizm sahəsində əməkdaşlığın yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb.