Mayın 9-da V.Korolenko adına kitabxanada faşizm üzərində Qələbənin 65 illiyi ilə bağlı “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı tədbir keçiriləcək. Müharibə veteranlarının, ziyalıların, məktəblilərin iştirak edəcəkləri tədbir çərçivəsində alman faşizmi üzərində qələbəyə həsr olunmuş kitabların, plakatların sərgisi açılacaq, həmçinin tarixçi alimlərin azərbaycanlı oğul və qızların müharibədə göstərdikləri igidliklərlə bağlı mühazirələri dinləniləcək.