Mayın 6-da Abdulla Şaiq adına Uşaq Kitabxanasında Böyük Vətən müharibəsində qazanılmış qələbənin 65 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycanın 1941-1945-ci illərdə həlak olmuş qəhrəmanları bir daha yad edildi. Onlar haqqında Nərimanov rayonu 39 saylı məktəbin 3-cü sinif şagirdləri səhnəciklər nümayiş etdirdilər, şeirlər dedilər. Böyük Vətən müharibəsi veteranları, Mədəniyyət və Turizm Nazirliyindən nümayəndələr də tədbir iştirakçıları arasında idi.