Mayın 6-da paytaxtın Yasamal rayonunda Q.Musabəyov adına kütləvi kitabxanada Şuşanın süqutunun 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. «Şuşalı-Şuşasız günlərim» adlı tədbirdə kitabxananın direktoru Arzu Xudayarova çıxış edib. Kitabxananın işçiləri, oxucular və şagirdlər Şuşa haqqında mahnı və şeirlər səsləndiriblər.
   Şuşa Musiqi Texnikumunun müəllimləri Təyyar Xəlilov, Nuridə Hüseynova və şəhid bacısı Elza xanım Şuşa haqqında xatirələrini danışıblar. Şuşa Dövlət Teatrının aktyorları Məmməd Məmmədov, Teymur Məmmədov, Şuşa Mədəni-Maarif Texnikumunun müəlliməsi Yeganə xanım və tələbələri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Şuşanın şəkillərindən hazırlanmış fotostend tədbir iştirakçılarına təqdim olunub.