Ədəbi-bədii kompozisiya nümayiş etdirilib
   
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki tədris teatrında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Əbədiyyətə qovuşan ömür” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini, mədəniyyət və incəsənətimizin inkişafına diqqət və qayğısını əks etdirən videogörüntülər nümayiş olunub.
   Tanınmış incəsənət ustalarının təqdim etdiyi kompozisiyada ulu öndərə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib. Tədbir çərçivəsində, həmçinin ulu öndərə həsr olunmuş kitablar sərgilənib.