“Mədəniyyət inciləri» uşaq teatrının tamaşası
   
   İ.Əbilov adına Mədəniyyət Mərkəzi 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirib. Tədbirdə öncə mədəniyyət işçiləri çıxış edərək, 1918-ci ilin martında baş verən hadisələr haqqında danışıblar. Daha sonra «Vurğun» poeziya teatrı və mədəniyyət mərkəzinin «Mədəniyyət inciləri» uşaq teatrının hazırladığı ədəbi-bədii kompozisiya təqdim edilib. Tədbir «Mədəniyyət inciləri» uşaq teatrının ifasında Zəlimxan Yaqubun «Göyçə dərdi» poemasının motivləri əsasında hazırlanmış tamaşanın təqdimatı ilə yekunlaşıb.   

Gülər