Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə 1 iyun - Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş xeyriyyə konserti keçirilib. Konsert proqramında «Çiçəyim» uşaq teatrının iştirakı ilə «Qoğalın sərgüzəştləri» adlı musiqili-tamaşa nümayiş olunub. Xeyriyyə konsertində «Beynəlxalq Əlillər Dünyası”, «Himayə», “Uşaqların Sağlam Gələcəyi” ictimai birlikləri, «UAFA» təşkilatı, «Dirçəliş» gənclərin sosial-psixoloji reabilitasiya mərkəzi və Maştağa qəsəbəsində yerləşən 1 saylı internat evindən olan kimsəsiz, əlil, fiziki qüsurlu, valideyn himayəsindən məhrum olmuş uşaqlar iştirak edib. 

   Gülər