Nəsimi rayon MKS-nin 4 saylı filialı (İ.Əbilov adına kütləvi kitabxana) H.Sarabski adına Mədəniyyət evində görkəmli şair Nüsrət Kəsəmənlinin (1946-2003) anadan olmasının 65 illiyinə həsr olunmuş tədbir keçirib. Kitabxananın işçisi Natəvan Uğurlunun təşkilatçılığı ilə gerçəkləşən tədbirdə şairin həyat yoldaşı Rəhilə xanım və oğlu Rəşad Kəsəmənli, eləcə də Kəsəmənli ailəsinə yaxın olan insanlar, kitabxana işçiləri iştirak ediblər. Nüsrət Kəsəmənlinin yaradıcılığının işığına toplaşan gənclər onun şeirlərini oxuyublar, şairi böyük sevgi ilə yad ediblər. Sonda Rəhilə xanım ailə üzvləri adından gecənin təşkilinə görə təşəkkür edib, oxucularla xatirə şəkli çəkdirib.