Alı Mustafayevin 60 illik yubileyinə həsr olunmuş xatirə gecəsi
   
   Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə istedadlı telejurnalist, Milli Qəhrəman Alı Mustafayevin 60 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
   
   Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Rayon İcra Hakimiyyətinin nümayəndələri, Alı Mustafayevin yaxınları, kitabxananın fəal oxucuları, Nizami rayon 272, 70, Xətai rayon 165 saylı orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
   MKS-nin direktoru Ş.Qəmbərova mərhum jurnalistin həyatından, onun Qarabağ münaqişəsinin ilk vaxtlarından “qaynar” bölgələrdən hazırladığı reportajlardan söz açıb: “Bəlkə elə buna görədir ki, onun həyatı 1991-ci ilin 20 noyabrında Qarabağ torpağında da başa çatdı”.
   Tədbirdə Alı Mustafayevin ömür yolunu əks etdirən sərgi, şeirlərinə həsr olunmuş rəsm əsərləri, həyatı və jurnalistlik fəaliyyəti ilə bağlı fotoşəkillərdən ibarət slayd və videofilm nümayiş etdirilib. Kiçikyaşlı oxucular Alı Mustafayevin şeirlərini söyləyiblər.