Ma­yın 10-u müs­tə­qil Azər­bay­ca­nın me­ma­rı və qu­ru­cu­su, gör­kəm­li döv­lət xa­di­mi, xal­qı­mı­zın da­hi oğ­lu və ümum­mil­li li­de­ri Hey­dər Əliye­vin ana­dan ol­ma­sı­nın 89-cu il­dö­nü­mü ta­mam ol­du. Qə­dir­bi­lən Azər­bay­can xal­qı, bü­tün dün­ya­da Hey­dər Əli­ye­vi ta­nı­yan­lar və se­vən­lər doq­qu­zun­cu il­dir bu da­hi şəx­siy­yə­tin do­ğum gü­nü­nü on­suz qeyd edir­lər.
   
   Ü­mum­mil­li li­de­ri­n ad gü­nü ərə­fə­sin­də ol­du­ğu ki­mi, ma­yın 10-da da sübh tez­dən res­pub­li­ka ic­ti­maiy­yə­ti­nin nü­ma­yən­də­lə­ri, öl­kə­mi­zin müx­tə­lif ra­yon və şə­hər­lə­rin­dən Ba­kı­ya gəl­miş in­san­lar, Azər­bay­can pay­tax­tı­nın qo­naq­la­rı axın-axın Fəx­ri xi­ya­ba­na gə­lə­rək, ulu ön­dər Hey­dər Əli­ye­vin mə­za­rı önü­nə tə­zə tər gül­lər qo­yur, onun əziz xa­ti­rə­si­ni də­rin eh­ti­ram­la yad edir­di­lər.
   Xal­qı­mı­zın xi­las­kar oğ­lu­nun do­ğum gü­nün­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əliyev və xa­nı­mı Meh­ri­ban Əli­ye­va, ai­lə üzv­lə­ri, ulu ön­də­rin doğ­ma­la­rı, ya­xın­la­rı onun mə­za­rı­nı zi­ya­rət et­mək üçün Fəx­ri xi­ya­ba­na gəl­di­lər.
   Pre­zi­dent İl­ham Əli­yev ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin mə­za­rı önü­nə ək­lil qoy­du, onun ru­hu qar­şı­sın­da baş əy­di.
   A­zər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət him­ni səs­lən­di.
   Son­ra Pre­zi­dent İl­ham Əli­yev və ai­lə üzv­lə­ri of­tal­mo­loq alim, aka­de­mik Zə­ri­fə xa­nım Əli­ye­va­nın, gör­kəm­li döv­lət xa­di­mi Əziz Əli­ye­vin və ta­nın­mış hə­kim, alim Ta­mer­lan Əli­ye­vin mə­zar­la­rı­nı zi­ya­rət edə­rək gül dəs­tə­lə­ri qoy­du­lar.
   Ü­mum­mil­li li­der Hey­dər Əli­ye­vin mə­za­rı­nın zi­ya­rət edil­mə­si mə­ra­si­min­də Baş na­zir Ar­tur Ra­si­za­də, Mil­li Məc­li­sin səd­ri Oq­tay Əsə­dov, Pre­zi­dent Ad­mi­nist­ra­si­ya­sı­nın rəh­bə­ri Ra­miz Meh­di­yev, na­zir­lər, ko­mi­tə və şir­kət rəh­bər­lə­ri, Mil­li Məc­li­sin de­pu­tat­la­rı iş­ti­rak edir­di­lər.
   U­lu ön­də­rin do­ğum gü­nün­də Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin rəh­bər­li­yi və mə­sul iş­çi­lə­ri, na­zir­li­yi­n əmək­daş­la­rı, mə­də­niy­yət və in­cə­sə­nət xa­dim­lə­ri də Fəx­ri xi­ya­ba­na gə­lə­rək mil­li mə­də­ni ir­si­mi­zin, in­cə­sə­nə­ti­mi­zin bö­yük ha­mi­si və təəs­süb­ke­şi Hey­dər Əli­ye­vin xa­ti­rə­si­ni yad edib, da­hi rəh­bə­rə də­rin hör­mət və eh­ti­ram­la­rı­nı bil­dir­di­lər.