AMEA-nın Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsi Azərbaycan və başqa türk xalqlarının institutda saxlanılan anadilli abidələrini tədqiq edir. Abidələrin mənbəşünaslıq istiqamətində öyrənilməsi, transfoneliteratik və fotofaksimile nəşri, müxtəlif nüsxələr əsasında elmi-tənqidi mətnlərin tərtibi, linqvistik, ədəbiyyatşünaslıq, kulturoloji mətnşünaslıq məsələləri ilə bağlı elmi-nəzəri tədqiqat işlərinin aparılması da diqqət mərkəzindədir. İnstitutda 4.324 türkdilli abidə var.