AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi bu ilin iyununda “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda II respublika elmi konfransını keçirəcək. Muzeydən bildiriblər ki, konfrans çərçivəsində muzeylərdə elmi, fond və ekspozisiya işi, Azərbaycan tarixinin öyrənilməsi, muzey pedaqogikası və tarixi tədqiqatlar, ölkəmizin tarixinin təbliğində muzeylərin rolu və təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri müzakirə ediləcək.