Xalq artisti Alim Qasımov sentyabrın 19-da Londonda “Barbican” konsert salonunda konsert proqramı ilə çıxış edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konsertdə Xalq artisti “Kronos” kvarteti ilə birgə “Ramazan Gecələrinin bir parçası kimi” adlı konsert nümayiş etdirəcək. Alim Qasımovla eyni səhnəni qızı Fərqanə Qasımova və Əfqanıstan müğənnisi Humayun Sakhi də bölüşəcək. “Barbican” konsert salonu Azərbaycan xanəndələrinin konserti üçün bu məkanın qiymətlərində endirim ediblər.