Londondan yenicə qayıtmış tanınmış muğam ifaçısı, Əməkdar artist Fərqanə Qasımova İspaniyaya qastrol səfərinə gedəcək. Muğam ifaçısı İspaniyanın 3 şəhərində konsert proqramı ilə çıxış edəcəyini bildirib. F.Qasımova deyib ki, atasının iştirakı olmadan onun xarici ölkədə konsert proqramı ilə çıxış etməsi birinci dəfə deyil. Sənətçinin bundan öncə də belə konsertləri olub.