Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının “Gəncləşən muğam -2” adlı konserti keçiriləcək. Dekabrın 28-də keçiriləcək layihənin rəhbəri Xalq artisti, xanəndə Mənsum İbrahimovdur.
   Konsert proqramında Əməkdar artist Təyyar Bayramov, gənc muğam ifaçıları Elşad Aydınoğlu, Elnur Zeynalov, Qızılgül Babayeva, Şəmsəddin İbrahimov, Sabir Həsənov, Oksana Aslanova, Rizvan Həsənov, Anar Məmmədov, Aida Əliyeva, Malik Həsənov, Vüqar Musayev, Xəyalə Abdullayeva, Ələkbər Əkbərov, Vahid Abdullayev, Mirpaşa Şükürov, Şəhriyar Səxavətoğlu, Tuqay İsmayılov, Xəyal Əliyev, Şaiq İbayev, Aytən Məhərrəmova, Elgiz Əliyev, Arzu Əliyeva, Günay İmamverdiyeva, Fizzə Mirzəyeva, Ramiz Zeynalov çıxış edəcəklər.