Tanınmış müğənni və 2010-cu ildə Danimarkanı “Eurovision-2010” müsabiqəsində təmsil etmiş Tomas Nevegreen Yeni ili Azərbaycanda qarşılayacaq.
   Müğənni 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçılığını həyata keçirən “Tonica Production”dan bildiriblər ki, artıq konsertlə bağlı müqavilə imzalanıb.
   Tomas Nevegreen dekabrın 31-də 2011-ci ili “Buta Palace”nin səhnəsində Azərbaycandakı pərəstişkarları ilə birgə qarşılayacaq. Həmin gün sevilən hitlərin ifaçısı T.Nevegreenlə birgə bir neçə musiqiçinin və dj-in çıxış edəcəyi gözlənilir.
   Bayram konsertinin səhər saatlarınadək davam edəcəyi nəzərdə tutulub.