Məşhur italiyan müğənnisi, “Jamayka” mahnısı ilə çoxsaylı insanların sevgisini qazanmış Robertino Loretti ilk dəfə Bakı səhnəsində çıxış edəcək.
   Robertino Loretti Azərbaycan tamaşaçıları ilə Heydər Əliyev Sarayında görüşəcək.
   Saraydan bildiriblər ki, italiyalı müğənninin Bakıdakı konserti fevralın 13-nə nəzərdə tutulub.
   Robertino Loretti 1947-ci ildə Romada anadan olub. Debüt albomu 1961-ci ildə işıq üzü görüb. Uşaq ikən bir neçə filmdə epizodik rollara çəkilmiş ifaçı 8 yaşında Roma Opera Teatrında oxuyub.
   Onun ifasında “Ave Maria”, “Santa Luçia”, “Jamayka” mahnıları çox məşhurdur.