Bakıda keçiriləcək II Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 15-də Heydər Əliyev Sarayında Azərbaycan və Latın Amerikası musiqiçilərinin çıxışı nəzərdə tutulub. 
   Konsert Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kəriminin “Trans Atlantik Non Stop” layihəsi əsasında keçiriləcək.
   Bu barədə layihənin rəhbəri Siyavuş Kərimi məlumat verib.
   Konsertdə Azərbaycan tərəfdən Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Kamran Kərimov çıxış edəcəklər. Siyavuş Kərimi özü də konsertdə musiqiçi kimi çıxış edəcək.
   Bu layihə ilk dəfə 2002-ci ildə Azərbaycanda gerçəkləşib və sonradan İsveçin paytaxtı Stokholmda da təqdim olunub.