Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə tanınmış Azərbaycan xormeysteri, Türkiyə Radio Televiziya (TRT) qurumu böyük xorunun və “Orfeon” kamera xorunun bədii rəhbəri və baş dirijoru Elnarə Kərimova ölkəmizə dəvət olunub. Qeyd edək ki, ötən il “Üzeyir Hacıbəyli-125” Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Orfeon” kamera xoru Bakıda böyük müvəffəqiyyətlə çıxış etmişdi. Tanınmış musiqiçinin dəvət olunmasında məqsəd Azərbaycanda gənc musiqiçilərin iştirakı ilə kamera xoru layihəsini həyata keçirmək və gənclərdən ibarət yeni səpkili xor kollektivi yaratmaqdır.
   Fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində yeni yaradılmış xor kollektivinin təqdimat mərasimi keçiriləcək.