Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli dünya şöhrətli dirijor və violençel ifaçısı Dmitri Yablonski ilə əməkdaşlıq edəcək. Bu barədə məlumat verən musiqiçi bildirib ki, bu işbirliyi məşhur “Naxos Music” şirkətinin təklifi əsasında həyata keçiriləcək: “Naxos Music” şirkəti dünyanın ən məşhur musiqi şirkətlərindən biridir. Bu şirkətdən hər ikimizə dəvət gəlib ki, üç sonata hazırlayaq. Sonatalar “Naxos Music” tərəfindən CD şəklində buraxılacaq”.
   F. Bədəlbəyli deyib ki, bu musiqi şirkətinin buraxdığı CD-lər bütün dünyada satışa çıxarılır.