Mayın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu ali təhsil ocağının 90 və orta ixtisas musiqi məktəb-studiyasının 30 illik yubileyinə həsr olunmuş fortepiano musiqisi gecəsi keçirilib. Gecədə Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun sinfində fortepiano ixtisası üzrə təhsil alan tələbələrin konsert proqramı təqdim olunub.
   BMA-nın tələbələri, respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Əliyev və Fəqan Həsənli Baxın polifonik əsərlərini, Bethovenin do major 3 nömrəli (1-ci hissə) və 26 nömrəli sonatalarını (“Vida”, “Ayrılıq”, “Görüş”), Prokofyevin lya minor 3 nömrəli sonatasını ifa ediblər. Konsertdə, həmçinin Listin və Ravelin əsərləri də səsləndirilib.