“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycana qalibiyyət qazandırmış Eldar Qasımov və Nigar Camal Ukraynaya səfərə gediblər. Səfər çərçivəsində Azərbaycan duetinin bu ölkədə bir sıra görüşləri nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan hər il “Eurovision” müsabiqəsində iştirakı çərçivəsində Ukraynanın “EuroMedia” şirkəti ilə əməkdaşlıq edir. Qaliblər bu səfər zamanı əməkdaşlıq etdikləri şirkətdə də olacaqlar.