Tanınmış müğənni, Əməkdar artist Fidan Hacıyeva ilk dəfə İtaliya opera səhnəsində Puççininin “Sour Angelica” operasında əsas partiyanı ifa edəcək. Opera iyunun 17-dən 26-dək İtaliyanın bir çox şəhərlərində nümayiş olunacaq.
   Müğənni bildirib ki, İtaliya səhnəsində çıxış etmək onun çoxdankı arzusu olub: “Bu potensialı özümdə görürəm. İtalyan dilini öyrənmişəm və artıq bu dildə səlist ifalar edə bilirəm. Çox sevinirəm ki, Azərbaycanın musiqi təhsili İtaliyada yüksək qiymətləndirilir. Bu operanın da öhdəsindən gələcəyimə inanıram”.